ABŞ Konqresi qarşısında etirazlar zamanı - Dörd nəfər öldü

 ABŞ Konqresi qarşısında etirazlar zamanı -  Dörd nəfər öldü
Vaşinqton hakimiyyəti ABŞ konqresi qarşısında etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyib.

Respekt.az xəbər verir ki, bu barədə mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

O, Konqres binasında bir qadının güllə yarasından öldüyünü təsdiqləyib, daha 3 nəfərin isə ölüm səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər.