“Anar AYB-nin nizamnaməsini dəfələrlə pozub, artıq yetər!" - Əsəd Cahangirdən sərt ittihamlar

Qarşıdan AYB-nin növbəti qurultayı gəlir. 1987-ci ildən bəri bu quruma rəhbərlik edən Anarın ətrafındakı yazıçılar ictimai rəyə belə bir fikri təlqin edirlər ki, bu postda onu əvəz edəcək başqa şəxs yoxdur. Digər tərəfsə - narazı qrup bu fikrin kökündən yanlış olduğunu iddia edir.
Doğrudanmı, bu postda Anarı əvəz edəcək kimsə yoxdur? Ümumiyyətlə, AYB adlı bir təşkilata ehtiyac varmı? Başçı dəyişsə, gələn başlar başdan-başa dəyişikliyə nail ola biləcəklərmi?
Respekt.az tənqidçi Əsəd Cahangirin bu suallar ətrafında AXC TV-yə müsahibəsini təqdim edir: