Arzu Rəhimova general-polkovnik rütbəsi verildi

Arzu Rəhimova general-polkovnik rütbəsi verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Respekt.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-polkovnik ali hərbi rütbəsi
general-leytenant Arzu Yusif oğlu Rəhimova

general-mayor ali hərbi rütbəsi
polkovnik Azad Hüseyn oğlu Əliyevə
polkovnik Natiq Sahib oğlu Qarayevə.