Azərbaycan və Ermənistan müvəqqəti atəşkəsə razılıq verdi - XİN

Azərbaycan və Ermənistan müvəqqəti atəşkəsə razılıq verdi -  XİN
"Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Respekt.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

2Bu qərar ATƏT-in Minsk qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiya prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib", - XİN-in açıqlamasında deyilir.