"Azərbaycandan icazə alın" - Ruslar İrəvandan gələn jurnalistləri Qarabağa buraxmadı

"Azərbaycandan icazə alın" -  Ruslar İrəvandan gələn jurnalistləri Qarabağa buraxmadı
Bu yaxınlarda fransız jurnalistlər Qarabağa getmək üçün Ermənistana gəliblər. Nümayəndə heyəti İrəvandan icazə aldıqdan sonra Xankəndinə yola düşsə də, Rusiya sülhməramlıları Laçın dəhlizindən onları geri qaytarıb.

Respekt.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

"Fransızlara bildiriblər ki, onlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsinə dair Ermənistandan alınan icazə etibarsızdır. Jurnalistlərə deyiblər ki, əgər bu əraziyə daxil olmaq istəyirlərsə, Azərbaycandan akkreditasiya alın. Əlacsız qalan fransızlar geriyə - İrəvana qayıdaraq, Fransa səfirinin yanına gediblər" - Minasyan vurğulayıb.

Minasyanın sözlərinə görə, Fransanın Ermənistandakı səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikol Paşinyanla əlaqə saxlayıb və nəyin baş verdiyini anlamağa çalışıb.

"Nikol Paşinyan isə deyib ki, yanvarın 11-də biz razılığa gəldik ki, beynəlxalq media Azərbaycan akkreditasiyasını almalıdır, ümumiyyətlə, yaxşı olardı ki, onlar bütün bu işlərə qarışmasınlar. Conatan Lakotun susmaqdan başqa çarəsi qalmayıb”, - deyə Minasyan vurğulayıb.