Azərbaycanlı alim dünyada bir ilkə imza atdı - Foto

 Azərbaycanlı alim dünyada bir ilkə imza atdı -    Foto
Professor Vaqif Qələndərin plastik və rekonstruktiv cərrahiyyədə böyük kəşfi ABŞ-da qəbul edilib

Azərbaycan Tibb Universitetinin plastik və rekonstruktiv cərrahı sahəsində dünya üzrə bir ilkə imza atıb.

Respekt.az xəbər verir ki, tanınmış cərrah, professor Vaqif Qələndərin süd vəzi rekonstruksiyası ilə bağlı Azərbaycan Tibb Universitetində apardığı işlər və müəllifi olduğu yeni metodika ABŞ-da qəbul olunub.

Professor Vaqif Qələndər qürurla bildirir ki, son 20 ildə süd vəzi rekonstruksiyası sahəsində olan elmi-praktiki fəaliyyəti və meyitlər üzərindəki işlərinin xəstələrə tətbiqinin nəticəsi ABŞ-da nəşr olunan beynəlxalq elmi jurnalda dərc olunub. Bu kəşf haqqında material “PRS Global Open” jurnalında 25 avqust 2020 tarixində çap edilib.

“Ötən illər ərzində IMAP fleb metodikasının üzərində işləyərək daha təkmil bir cərrahi texnika yaratmağa və əməliyyatın ilk üç örnəyini müvəffəqiyyətlə tətbiq etməyə nail oldum. Türküyənin İstanbul şəhərinin Rekonstruktiv süd vəzi cərrahiyyəsi mərkəzinə dəvət etdilər, orada bu əməliyyatı uğurla həyata keçirdim. Bu üsulun süd vəzi Rekonstruksiyasında, xüsusilə seçilmiş hallarda - süd vəzinin orta və böyük ölçülərinin rekonstruksiyasında yeni bir era başladacağına əminəm”, - Vaqif Qələndər deyib.

Qeyd edək ki, IMAP fleb metodikası mastektomiya əməliyyatından sonra süd vəzinin rekonstruksiyası üçün istifadə olunan yeni inqilabi metoddur. Bu zaman süd vəzinin sağlam hissəsi loskut əvəzi istifadə olunur. Professor Vaqif Qələndərin məqaləsində "Musculo-derma-glandular,Axii-perforator,Biprdicled Flap" adlandırılan yeni cərrahi yanaşma metodikası təqdim olunur.