BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Fətəliyev Məmməd Böyükxan oğlu vəfat edib.
Respekt.az xəbər verir ki, Məmməd Fətəliyev 82 yaşında dünyasını dəyişib.
O, 1961-1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1973-cü ildən isə BDU-da pedaqoji fəaliyyətə başlayıb.
Allah rəhmət eləsin!