Boşanma kağızlarını paylaşdı: "Daha bu ailə yoxdur"

Boşanma kağızlarını paylaşdı:  "Daha bu ailə yoxdur"
400 minlik toyları ilə gündəmdən düşməyən bloqqer Aysel Şükür və Oqtay Əhmədov rəsmi boşanıb.

Bu haqda Oqtay məlumat verib. O, boşanma sənədini yayımlayaraq prosesin sentyabrın 22-də yekunlaşdığını deyib:

"Artıq boşanmağımız rəsmən təstiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Siz çox şeyi İnstagramda görürsünüz, amma mənim etdiyim çox şeyi görə bilməzsiniz. Nə xəyanət olub, nə də başqa bir şey. Şər-böhtanlar atıldı keçdim. Mənim barəmdə nəsə paylaşım olsa, dəqiqliklə nə üstə ayrıldığımızın hamısını danışacam. Uzun müddətdir ki, ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı, razı oldum, tək istədiyim ailəmi geri qaytarmaq idi. Hətta mənim səhvim olmaya-olmaya. Bunun üçün çox cəhdlər etdim, təəssüf o insan razılaşmadı.

Sevgimi, ailəmin arxasında dayandıgımı üzə deyirəm, internetdə paylaşmırdım. Video qoyub göz yaşıma görə nə reytinq yığdım, nə də sevgi çarxları paylaşdım ki, kiminsə yazığı gəlsin. İzləyicilər mesaj yazırlar, ona görə də məcbur paylaşım edirəm.

Daha bu ailə yoxdur. Bu barədə mənə hec ̧nə yazmayın, video, şəkil göndərməyin. Sevgimi, verdiyim dəyəri 5 il əvvəl və evlilik dövründə sübüt etmişəm. Uşaqlarımın anasıdır. Ona görə də günlərdir susuram, əsil səbəbləri açıqlamıram. Tək istəyim mənə şər və böhtan atılmasın!".

Qeyd edək ki, Aysel ərinin ona xəyanət etdiyini iddia edib. Cütlüyün 2 əkiz övladı var./Axşam.az/