Bu kəndlərimiz azad edildi - Prezident açıqladı/Foto

Bu kəndlərimiz azad edildi -  Prezident açıqladı/Foto
Azərbaycan ordusu bu gün daha bir neçə kəndi düşməndən azad edib.

Respekt.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında yazıb.

“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”, - Prezident bildirib.