"Buna susmayacağıq" - Ərdoğandan dünyaya Qarabağ mesajı

 "Buna susmayacağıq" -  Ərdoğandan dünyaya Qarabağ mesajı
"Ermənilər Azərbaycana zülm edir. Onlar bizim qardaşımızdır. Müşahidə edək?"

Respekt.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-2021-ci Ali Akademik Təhsil İlinin açılış mərasimində bildirib.

Ərdoğan zülmə dözməyəcəklərini vurğulayaraq deyib: “Liviyada zülm var. Suriyada 910 km sərhədimiz boyu təhdid var. Nə edək? Səssiz qalaq? Somalidə zülm var. Müşahidə edək? Biz bunu edə bilmərik. Zülmə dözməyib, məzluma yardm etmək tarix boyu əcdadımızdan bizə qalan mirasdır”.