Deputat Jalə Əhmədovanın qanunsuz diplomu... - Qan Turalı yazır

Deputat Jalə Əhmədovanın qanunsuz diplomu... -  Qan Turalı  yazır
Bu gün bir vəsilə ilə deputat Jalə Əhmədovanı tanıdım. Bioqrafiyasına nəzər saldıqda maraqlı bir məqam aşkar etdim. Xanım deputat ABU məzunudur və deyəsən, ora imtahansız girib. Bu nəticəyə necə gəlirəm?!

Belə ki, o, ABU-nun hüquq fakültəsini bitirdiyi halda 32 yaşında BDU-nun "Beynəlxalq hüquq" diplomunu almağa ehtiyac qalmazdı. Və ən əsası... Jalə xanımın beynəlxalq hüquqa belə böyük həvəsi vardısa, eləcə BDU-nun magistraturasına da daxil ola bilər, dörd il əvəzinə 2 il oxumaqla bu ixtisasa yiyələnərdi. Amma ABU-nun qanunsuz diplomu buna imkan verməyib. Bunlar əlbəttə ki, həqiqət deyil, amma əsaslı gümanlardır.

Yeri gəlmişkən, Jalə xanım indi təhsilini Dövlət İdarəçilik Akademiyasında davam etdirir.

O, ki qaldı Jalə xanımın bu gün qaldırdığı sosial mediaya şəxsiyyət vəsiqəsi ilə qeydiyyat məsələsinə. Qeydiyyatı ASAN Xidmət aparmır axı...