Ərdoğanla Putin arasında - Kritik Qarabağ müzakirəsi

 Ərdoğanla Putin arasında -  Kritik Qarabağ müzakirəsi
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefonda danışığı olub.

Respekt.az xəbər verir ki, tərəflər Qarabağ məsələsi ilə bağlı siyasi prosesin aktivləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Telefon danışığı Türkiyə tərəfinin istəyi ilə baş tutub.

Prezident Ərdoğan təxminən 30 ildir Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın bu siyasəti davam etdirmək niyyəti güddüyünü bildirib. O, ölkəsinin istər Minsk Qrupu daxilindəki statusu, istərsə də ikitərəfli əlaqələr çərçivəsində bu konfliktin həllinin tərəfdarı olduğunu açıqlayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda isə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında situasiya detallı müzakirə olunub. Hər iki tərəf oktyabrın 10-da Moskvada əldə olunan humanitar atəşkəsə əməl olunmasının vacibliyini bildiriblər: "Putin və Ərdoğan Minsk qrupu çərçivsində Qarabağ məsələsi ilə bağlı siyasi prosesin aktivləşdirilməsinə tərəfdar olduqlarını bildiriblər", -

Qeyd olunur ki, Putin Dağlıq Qarabağ münaqişəsi zonasında Yaxın Şərqdən gətirilən döyüşçülərin olmasından ciddi narahatlığını bildirib. O, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.