Erməni general belə vuruldu - Video

Erməni general belə vuruldu -  Video
Qondarma "DQR"in "müdafiə naziri", general Cəlal Arutyunyanın Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilmsinin görüntüləri yayılıb.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti “Qisas” əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.

Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.


Respekt.az Arutyunyanın məhv edilməsinə dair görüntüləri təqdim edir: