Erməni kişilərə Qarabağı tərk etmək qadağan olundu

 Erməni kişilərə Qarabağı tərk etmək qadağan olundu
Qarabağda yaşayan və çağırış yaşında olan şəxslərə bölgəni tərk etmək qadağan olunub.

Respekt.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə qondaerma rejimin rəhbəri Araik Arutunyan qərar verib.

Bildirilir ki, Qarabağdan çağırış yaşında olan şəxslərin bölgəni tərk etməsi qadağan olunur. İcazə yalnız xüsusi hallarda, komendant tərəfindən verilən xüsusi icazə əsasında verilə bilər.

Qərar Qarabağda nəqliyyat vasitələrinin hərəkərində də məhdudiyyətlər nəzərdə tutur.