Erməni politoloq: Türklər ruslara nəzarət edəcək

Erməni politoloq:  Türklər ruslara nəzarət edəcək
Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Paşinyanın Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb. Görüşdə Daqlıq Qarabağdakı vəziyyət, Rusiyanın ermənilərə humanitar yardımı, həlak olan və əsir düşən hərbçilərin dəyişdirilməsi və digər məsələlər müzakirə olunub.

Bu görüşdən dərhal sonra Ermənistan baş naziri Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda keçmiş qondarma qurumun rəhbəri Araik Artunyan da iştirak edib. İclasda Ermənistan və Qarabağdakı vəziyyət, humanitar və təhlükəsizlik məsələləri müzakirə olunub. Erməni siyasətçilər isə Overçukun səfərindən sonra keçirilən iclasın Paşinyanın üzərinə götürdüyü öhdəliklərlə bağlı olduğunu bildiriblər.

Ermənistan Vəkillər palatasının sədri Ara Zohrabyan baş nazir Nikol Paşinyandan əldə olunan yazılı və şifahi razılaşmaların məzmununu açıqlamağı tələb edib. O, həmçinin Paşinyanın Əliyevlə şəxsən və ya vasitəçilərin dəstəyi ilə danışıb-danışmadığı, Sünik, Ararat, Tavuş, Qeqarkunik vilayətlərində əlavə ərazi güzəştlərinin olub-olmayacağına və əsirlərin nə vaxt qaytarılacağına aydınlıq gətirməyi tələb edib.

Erməni politoloq Stepan Danielyan isə regionda hərbi toparlanmanın və region ətrafında vəziyyətin sabit olmamasının narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycana gələn türklər rus sülhməramlılarına, onların sayının artmamasına və sülhməramlılara məxsus silah növlərinə nəzarət edəcəyini bildirib. Onun fikrincə, eyni müşahidəni ruslar da türklər hərbi kontingeti ilə bağlı aparacaq.

“Bu, prinsipial məsələdir. İlk baxışda belə anlaşılır ki, türk PUA-ları ermənilərə, rus PUA-ları isə azərbaycanlılara nəzarət edəcək. Lakin digər versiyaya görə, situasiya bu qədər birmənalı deyil”, - deyə Danielyan vurğulayıb.

Sonda onu da qeyd edək ki, Hadrut və Cəbrayılda aparılan axtarışlar zamanı ermənilərin 19 hərbçi və 1 mülki vətəndaşının cəsədi aşkarlanıb. Bununla da Qarabağda aşkarlanan erməni cəsədlərinin sayı 1175-ə yüksəlib