Ermənilər Kəlbəcərdə yolu bağladı -Video

 Ermənilər Kəlbəcərdə yolu bağladı - Video
Qarabağda yaşayan ermənilər Azərbaycanın Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında aksiya keçiriblər.

Respekt.az erməni KİV-ə istinadla xəbər verir ki, onlar ərazidə yolu bağlayıblar.

Ermənilər Xankəndi-Vardenis yolundan istifadə etməyə icazə verilməsini istəyirlər.

“Azərbaycana məxsus avtomobillər bu yoldan istifadə edirlər. Bu yolla Vardenisə 60 kilometrdir. Əgər bizə bu yoldan istifadə etməyə icazə verilməsə, yəqin ki, biz yenə belə aksiyalar keçirəcəyik” – deyə aksiya iştirakçılarından biri bildirib.

Hadisə yerinə gələn Rusiya sülhməramlıları ilə danışıqlardan sonra ermənilər yolu açmağa məcbur olublar.