Ermənilər Xocalıda yeni qəsəbə salır?

Ermənilər Xocalıda yeni qəsəbə salır?


Qarabağdakı qondarma separatçı rejimin tör-töküntülərinin rəhbərinin xüsusi məsələlər üzrə nümayəndəsi Boris Avakyan evsiz qalmış ermənilər üçün yeni qəsəbə tikintisi haqda danışıb.



Respet.az Moderator.az-a istinadən xəbər verir ki, xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyanın da razılığı ilə 2 min nəfərlik yeni qəsəbənin layihəsi bəyənlilib.



Separatçı rejimin qanunsuz “ərazi idarəetmə naziri” sayılan Ayk Xanumyan isə qəsəbənin Xocalı rayonunun “Noraqyux” adlandırılmış Təzəbinə kəndi yaxınlığında ayrılmış 10 hektar ərazidə tikilməsini təklif edib.