"Ermənistan iç savaşa gedir" - Təhlil

"Ermənistan iç savaşa gedir" -  Təhlil
Atəşkəs başlamadan pozulur. Atəşkəsin pozulması sorğulanmadan yeni atəşkes qərarı verilir.

Respekt.az xəbər verir ki, bunu Turan Partiyasının sədri Cahandar Bayoğlu bildirib.

Onun sözlərinə görə, bu, belə də davam edəcək:

"Biz dəfələrlə demişik ki, bu savaş İrəvanda bitəcək. Biz İrəvana getmək istəməyəcəyik, amma buna məcbur olacağıq. Erməniçilik xəstəliyi bunu tələb edir. Haqlı suallar var. Ermənilər nədən atəşkəsə əməl etmir? Erməni tərəfi atəşkəsə
əməl etmirsə, onda Rusiya nədən sorumluluğu üzərinə götürür. Bütün qaranlıqlar bu sualların cavabındadı.

Azərbaycan üçün bunun cavabını bilmək çətin deyil. 1993-cü ili xatırlasaq, Azərbaycanda olan siyasi durumu göz önünə gətirsək, hər şey aydınlaşacaq. O zaman Rusyanın təşkilatçılığıyla sözdə Ermənistan işğalçılıq üçün bir bütündü. Onun əsgəri birliklərinin hamısı Moskvanın kontrolunda idi. Moskva nə deyirdisə, erməni hərbi birlikləri onu edirdi. Moskva Azərbaycanı vətəndaş müharibəsinə yuvarlamaq niyyətindəydi. Bu, Bakı işğal olsa belə, gerçəkləşməliydi. Erməniçilik xəstəliyi isə buna tam uyğun gəlirdi. Sizə "Böyük Ermənistan quracağıq" təhrikləri onları havalandırırdı. Sanki Allah bunlardır, hər şey onlar istəyən kimi olmalıdı kimi erməniçilik xəstəliyi ilə alovlanırdılar".

Cahandar Bayoğlu bildirb ki, o zaman Azərbaycanda durum fərqli idi:

"Millət Rusiya caynağından çıxmaq istəyirdi. Lakin Rusiyanın 200 il içində içimizdə qurduğu gizli təşkilatlanma daha güclüydü. Rusiya 10-a yaxın adama prezidentlik sözü vermişdi. Zamanında yaratdığı silahlı güclərin hərəsi bir ordu olmuşdu. Müxalifət və iqtidarda olan güclərin böyük əksəriyyti bu silahlı çetelərlə birlik halındaydılar. Demək olar ki, hər siyasətçinin bir gizli hərbi birliyi vardı. Nizami ordunun yaranmasının qarşısı alınırdı, dövlət içdən çökdürülürdü. Xalq kimin kim olduğunu bilmirdi. Silahlı birliklər, Moskvadakı ağalarının əmriylə siyasi liderləri ilə birlik olub Bak’da boy ata bilərdilər. Qarabağda geri çəkilmələr, hərbi çevriliş siyasi hakimiyətin sonuna gətirirdi. Millətin lideri, Moskvanın, Tehranın arzu etmədiyi Prezident Elçibəy təklənmişdi. Qardaş Türküyə Fətullah kimi güclərin caynağında kürəsəlçilərin iradəsini daha çox təmsil edirdi. Dikduruşlu müstəqil Türkiyənin olmamağı bir şanssızlıq idi. Belə bir durumda Moskvanın əmriylə "Rusiyanın uşaqları" və silahlı birliklər millətin qırğınına səbəb olub, ölkəni vətəndaş savaşına sürükləyirdi. Meydanda tək qalan Elçibəy tarixi gediş edib, xalqın içində üstün reytinqli hörmətli Əliyevin Milli Məclisə sədr seçilməsini gerçəkləşdirib, doğulduğu Kələkiyə köçdü. Bu gediş hər kəsi şok etdi, Moskva bunu düşünməmişdi. Belə bir durumda kodlanmış siyasi-hərbi güclər çaşbaş qaldı. Xalq isə Heydər bəy deyirdi. Bu gedişin sonunda Azərbaycan iç savaşdan qurtuldu. Müstəqilliyimizin ouruşması üçün 30 il lazım gəldi. Bu 30 ildə dövlət "5-ci kolon"u təsbit etdi, onunla necə davranacağını bildi. Daha bir şansımız Türkiyənin dikduruşlu, müstəqil dünya dövləti olub, müstəqil Azərbaycanla birlik ola bilməsiydi. Bu gün Azərbaycan bir bütündür. Moskvaçılar, Tehrançılar deşifrə olub, izolə ediliblər və edilməkdədirlər".

Cahandar Bayoğlu bildirib ki, sözdə Ermənistan dövləti isə bizim 93-cı illərimizi xatırladır. Dövlət çoxbaşlı quldurların dövlətidir. Biri atəşkəs deyir, o biri atəş deyir. Beləliklə idarəolunmaz bir durum yaranır. İrəvandakı siyasilər əsgərlərin silahlarla İrəvana gedib qırğınlar törədə biləcəyindən qorxaraq, onların Qarabağda məhv edilməsinə, meyitlərin yerdə qalmasına üstünlük verir. Amma bunlar da keçicidir. Çoxbaşlı, çok dövlətlərə bağlı haydut dövlət iç savaşa gedir. Ən böyük faciələri isə Elçibəylərinin, Iliyevlərinin olmamamasıdır. Türkiyə kimi qardaşları da heç zaman olmayacaq".