Ermənistanda koronavirusa yoluxanların sayı 170 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 170 mini ötdü
Ermənistanda son sutkada daha 191 nəfər COVID-19-a yoluxub.

Respekt.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 011-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 3 158-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 797 nəfərdir. İndiyədək 161 790 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 266 aktiv koronavirus xəstəsi var.