Gəmi batdı: 17 nəfər itkin düşdü

Gəmi batdı:  17 nəfər itkin düşdü
Barents dənizinin Rusiya sahillərində “Oneqo” balıqçı gəmisi batıb.

Respekt.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 17 nəfər itkin düşüb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə dekabrın 28-də yerli vaxtla səhər saatlarında Arxangelsk vilayətinin Novoy Zemli bölgəsində baş verib.

Gəminin göyərtəsində 19 nəfərdən yalnız 2 nəfər xilas edilib.

Hadisənin buzlaşma səbəbindən baş verdiyi bildirilir. Rusiya FHN axtarışları davam etdirir.