Gəncənin raketlə vurulma anı - Video

Gəncənin raketlə vurulma anı -  Video
Gəncə şəhərindəki mülki əhalinin yaşadığı binanın Ermənistan silahlı qüvvələri tərəfindən raketlə vurulması anı yayılıb.

Respekt.az xəbər verir ki, görüntü Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Ermənistanın Gəncədə mülki evləri vurması nəticəsində 9 şəxs ölüb, 34 nəfər yaralanıb.