Gəncəyə növbəti raket hücumu: 13 nəfər həlak oldu, 52 yaralı

 Gəncəyə növbəti raket hücumu:   13 nəfər həlak oldu, 52 yaralı
01.20

Ermənistan silahlı qüvvələri növbəti dəfə Gəncə şəhərini atəşə tutublar.

Respekt.az xəbər verir ki, şəhərdə partlayış səsi eşidilib.

İlkin məlumata görə, bir sıra yaşayış binaları dağılıb. Bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb. Dağıntılar altında qalanlar varr. Hazırda xilasetmə işləri davam etdirilir.


***

Son məlumatlara görə, raket hücumu nəticəsində 5 nəfər həlak olub, 35 nəfər yaralanıb. Ölənlərdən 2-si uşaqdır.

***
Gəncəyə ballistik raket hücumu nəticəsində ölənlərin sayı 6-ya çatdı. Onlardan 3-ü azyaşlıdır.
***
Raket hücumu nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 40-a çatıb.

***
Gəncəyə ballistik raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatdı. Yaralananların sayı 40 nəfərdən artıqdır. Hazırda xilasetmə işləri davam etdirilir. Dağıntılar altından çıxarılanlar xəstəxanaya yerləşdirilib..

***

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Respekt.az bildirilib ki, dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.