Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırdı

 Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırdı
Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 4 691,6 min ABŞ dolları dəyərində 10 814,6 ton neft və neft yağları idxal edib.

Respekt.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, yanvar ayında Azərbaycandan idxal edilən məhsulun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 82,3 dəfə, dəyəri isə 39,6 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycandan 118,5 min dollar dəyərində 131,3 ton neft və neft yağları idxal edib.