Hikmət Hacıyev Fəxrəddin Altunla danışdı

 Hikmət Hacıyev Fəxrəddin Altunla danışdı
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun arasında telefon danışığı olub.

Respekt.az xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev özünün Tvitter hesabında yazıb.

“Ölkələrimizə qarşı aparılan qara təbliğata, dezinformasiyaya tab gətirmək üçün birgə fəaliyyətlərimizi, əməkdaşlığımızı nəzərdən keçirdik. Azərbaycan-Türkiyə media platforması səylərimizi birləşdirmək üçün vacib təşəbbüsdür”, - Hacıyev bildirib.