Hikmət Hacıyev Gəncə və Mingəçevirin vurulmasından yazdı

 Hikmət Hacıyev Gəncə və Mingəçevirin vurulmasından yazdı
Ermənistan silahlı qüvvələri humanitar atəş arxasında gizlənərək, terror və hərbi cinayət əməllərini davam etdirir.

Respekt.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumuna məruz qalıb. Xəsarət alanlar və dağıntılar müəyyənləşdirilməlidir”, - o bildirib.