Hikmət Mirzəyevə general-leytenant rütbəsi verildi - Sərəncam

 Hikmət Mirzəyevə general-leytenant rütbəsi verildi -  Sərəncam
General-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Respekt.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev imzalayıb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatların rəhbərlərindən biri, Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatının başçısıdır.