İlham Əliyevin təşəbbüsü ilə BMT-də xüsusi sessiya keçiriləcək

 İlham Əliyevin təşəbbüsü ilə BMT-də xüsusi sessiya keçiriləcək
BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib.

Respekt.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi "Tvitter" səhifəsində məlumat paylaşılıb.

BMT Baş Assambleyasının hazırkı sədri Volkan Bozkır isə "Twitter" hesabında yazıb ki, COVID-19 üzrə xüsusi sessiyasının detalları barədə qərar üzv ölkələrin dəstəyi ilə bu gün Baş Assambleyada qəbul olunub.

Onun sözlərinə görə, xüsusi sessiya dövlət, hökumət başçıları səviyyəsində 3-4 dekabr 2020-ci il tarixlərində keçiriləcək.