İntihar edən qazi ilə bağlı - Açıqlama/Video

 İntihar edən qazi ilə bağlı -  Açıqlama/Video
Baku TV intihar edən əsgər Yunis Mənsurov haqqında yeni məlumatlar əldə edib. Bildirilir ki, 44 günlük Vətən müharibəsindən sağ-salamat qayıdan Yunis Mənsurov Sulutəpədə yerləşən Çiçək qəsəbəsinin sakini olub. Əslən Xızıdan olan 24 yaşlı əsgər dekabrın 30-da ordu sıralarından tərxis olunub.

İki gün öncə intihar edən əsgər psixoloji problemlərdən əziyyət çəkib və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb.


18:30

“Əsgər Yunis Mənsurovun intihar etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

Respekt.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.