İntiharların ən çox baş verdiyi - 5 ölkə

 İntiharların ən çox baş verdiyi -  5 ölkə
Macarıstan intihar edənlərin sayına görə Avropa İttifaqı (Aİ) ölkələri arasında beşinci yerdədir. Bu ölkədə intiharların ən yüksək səviyyəsi Böyük Macarıstan çölü rayonunda müşahidə olunur.

Aİ-də həyatı könüllü tərk edənlər arasında ən yüksək göstərici Litvada, ən aşağı isə Kiprdə qeydə alınıb. Bununla yanaşı, intihar edənlərin 77 faizini kişilər təşkil edir və bu göstərici bütün Avropa üzrə demək olar ki, eynidir.

Ötən il Litvada Aİ ölkələri arasında intiharların ən yüksək səviyyəsi - hər 100 min nəfərə nisbətdə 26 intihar hadisəsi qeydə alınıb. Litvadan sonra bu siyahıda Sloveniya (20), Latviya (18), Estoniya və Macarıstan (17) yer alıb. İntihar nəticəsində ən aşağı ölüm səviyyəsi - hər 100 min nəfərə nisbətdə 4 intihar hadisəsi Kiprdə müşahidə olunub. Bu siyahının sonunda ikinci və üçüncü yerlərdə Yunanıstan (5) və Malta (5), daha sonra isə İtaliya (6) və Slovakiya (7) yerləşib.

Bir il ərzində Macarıstanda intihar nəticəsində 1631 nəfər həyatını itirib. “HVG” jurnalının verdiyi məlumata görə bu, əvvəlki illərlə müqayisədə bir qədər az, lakin Aİ üzrə orta göstəricidən 1,5 dəfə çoxdur. Regional məlumatlara nəzər saldıqda məlum olur ki, yuxarıda qeyd olunduğu kimi, ən çox intihar hadisəsi, hər 100 min nəfərə nisbətdə 23 intihar faktı Böyük Macarıstan çölü rayonunda müşahidə olunur. Ümumilikdə isə ölkə üzrə təxminən 16 intihar faktı qeydə alınıb ki, bu da orta hesabla götürdükdə 17 nəfərin özünə qəsd etməsi deməkdir./Azərtac/