İranyönlülərin Naxçıvanla bağlı sərsəm iddiası - Asif Nərimanlı

 İranyönlülərin Naxçıvanla bağlı sərsəm iddiası -  Asif Nərimanlı
Keçmiş Azərbaycan vətəndaşları, hazırda İranda oturub “nur-az com” səhifəsi ilə Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparanlar dünən yazır ki, “ehtiyatda olan zabitlərin orduya çağırılması müharibəyə deyil, Naxçıvanın Türkiyəyə verilməsinə hesablanıb”.

Məlun yazıda Tovuz döyüşlərini “Azərbaycanın başlatdığı”, “türklər hazırda Azərbaycanda xalqın boğazından kəsilən pullarla yeyib-içir, həm öz qarınlarını və həm də Azərbaycandan aldıqları bacla ölkələrinin büdcəsini doldururlar” kimi axmaq fikirlər səsləndirilir.

Sifarişi verən İrandır, yerinə yetirənsə özünə “azərbaycanlıyam” deyən, Məşhəddə, Qumda oturub, Azərbaycanın inanclı kəsiminə Həzrəti Əlidən, İmam Hüseydən danışanlardır.

Belə “azərbaycanlıları” görəndə Həzrəti Əlinin bir hədisi yada düşür.

Həzrəti Əli müharibə aparanda ordusundan 3 əsgər qaçır. Fərariləri tutub gətirirlər, İmam onlardan niyə qaçdıqlarını soruşur, onlar da ailələrini görməyə getdiklərini deyirlər.

İmam birincidən soruşur ki, “nə gördün?”.

Cavab: “Getdim gördüm arvadım mənə xəyanət eləyib”.

İmam “sən nə etdin” deyə soruşur, o da deyir ki, “qılıncımı sıyırdım, ikisinin də başını kəsdim”.

Həzrəti Əli ona “sən mənim vuran qolumsan, keç sağ tərəfimə” deyir.

İkincidən soruşanda o da arvadının xəyanəti ilə üzləşdiyini, amma öldürmədiyini, şəriətə uyğun Qazıya təslim etdiyini deyir.

Həzrəti Əli “sən mənim qanunumsan, keç sol tərəfimə” deyir.

Üçüncü də eyni cavabı verir, amma bildirir ki, o, arvadına heç nə etməyib, ikisini də Allaha tapşırıb.

Həzrəti Əli əmr verir: “Bunu aparın elə yerdə edam edin ki, qanı bu torpaqlara düşməsin”.

Bu hədisin nə qədər səhih olduğunu bilmirəm, bircə onu bilirəm ki, Həzrət Əli sağ olsaydı, belələrinin qanının torpağa düşməsinə imkan verməzdi.