Lukaşenkonun xahişi ilə ruslar Belarusa girəcək: İki ölkə birləşir - Şok iddia

Lukaşenkonun xahişi ilə ruslar Belarusa girəcək:  İki ölkə birləşir - Şok iddia
Rusiya Prezidenti Vladimir Putin Belarus ərazilərini ilhaq etmək arzusundadır və fürsəti yaranarsa, rus qoşunlarını Belarusa göndərəcək.

Respekt.az xəbər verir ki, bunu gürcüstanlı politoloq Tornike Şaraşenidze bildirib.

Onun fikrincə, Avropa ölkələri Belarusa hərbi qüvvə göndərməyəcəklər, bu səbəbdən Rusiyanın ora qoşun göndərəcəyi təhdidi var.

Tornike Şaraşenidze

“Putinin Belarusu Rusiyaya birləşdirmək arzusu yeni deyil və onun belə şans yaranarsa, Belarus hökuməti belə bir xahişlə müraciət edərsə, təbii ki bunu edəcək. Belarusun özündə Rusiya tanklarını çiçəklə qarşılayacaq vətəndaşlar olacaq. Biz bilirik ki, hər hansı başqa bir ölkə Belarusa ordu göndərməyəcək, avropalılar da bunu etməyəcək və s. Yəni bu təhlükə ciddidir ”, - Şaraşenidze vurğulayıb.

"Mövcud vəziyyətdə Rusiya hərbi qoşunlarının Belarusa daxil olma ehtimalı nə dərəcədə inandırıcıdır" sualına cavabında Şaraşenidze bildirib ki, bu, istisna olunmur və Lukaşenko özü bu barədə Putindən xahiş edə bilər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına verdiyi müsahibədə Aleksandr Lukaşenkonun xahişi ilə Rusiyanın Belarus üçün hüquq-mühafizə orqanlarının ehtiyat qüvvələrini yaratdığını deyib.

Putinin sözlərinə görə, Rusiya “ekstremist ünsürlər müəyyən sərhədləri keçməyənə, avtomobilləri, evləri, bankları yandırmayana, inzibati binaları ələ keçirməyə cəhd etməyənə qədər çalışmayacaqlar” Rusiya bu ehtiyat qüvvələrdən istifadə etməyəcək.

Putin Lukaşenko ilə danışıqlar zamanı hazırda sözügedən ehtiyat qüvvələrdən istifadə etməyə ehtiyac olmadığı qənaətinə gəldiklərini qeyd edib.