Məhkəmə Eldar Həsənovla bağlı - Qərar verdi

 Məhkəmə Eldar Həsənovla bağlı -  Qərar verdi
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verilmiş apelyasiya şikayətinə baxılıb.

Respekt.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E. Həsənovun şikayəti təmin olunmayıb.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.