Mərdanə duruşu ilə düşmənə göz dağı olan topçumuz danışdı - Video

Mərdanə duruşu ilə düşmənə göz dağı olan topçumuz danışdı -  Video
Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi.

Respekt.az Xezerxeber.az-a istinadla bildirir ki, bir ildən çoxdur hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər. Məğrur duruşu ilə isə bir anda bütün Azərbaycanın qəhrəmanına çevrildi. Cəbhədə döyüşmək üçün oğul böyüdən valideynlərinin isə indi sevinclərinin həddi-hüdudu yoxdur.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib. Hazırda ön cəbhədə döyüşən Vüsal "Xəzər Xəbər" vasitəsilə ən böyük arzusunu da dilə gətirib.

Vüsalın düşmənin başına od ələdiyi top "artilleriyanın snayperi" də sayılır. Dəqiqlik üçün yüksək peşəkarlıq tələb edir. Atəş zamanı yaxın məsafədə durmaq özü belə bir cəsarət istəyir. Vüsal isə bu duruşu ilə "D 30" topunun simvolu oldu. Sipərin keçilməz olsun, Azərbaycan əsgəri! Sizinlə qürur duyuruq!


Respekt.az mövzu ilə bağlı videomaterialı təqdim edir: