Milli Məclisdə 22 məsələ müzakirə ediləcək

 Milli Məclisdə 22 məsələ müzakirə ediləcək
Milli Məclisin yaz sessiyasının fevralın 23-də keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

Respekt.az xəbər verir ki, toplantının gündəliyə 22 məsələ daxil edilib.

Qeyd edək ki, gündəliyə daxil edilən məsələlər içində N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda, Vergi Məcəlləsində, “Yol hərəkəti haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” Qanunda, “Dövlət rüsumu haqqında” Qanunda, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunlarda dəyişiklik və s. var.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi də müzakirəyə çıxarılacaq.