Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”

Müdafiə Nazirliyi:  “Su-25 təyyarəmiz vurulmayıb”
Bu gün növbəti dəfə Ermənistan müdafiə nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

Respekt.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada deyilir:

"Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb".