Müğənni Elnarə Abdullayeva cəzalandırıldı

Müğənni Elnarə Abdullayeva cəzalandırıldı
Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozduğu üçün cəzalandırılıb.

Respekt.az xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib olunaraq cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, müğənni icazəsi olmadan karantin postundan keçmək istəyib və əməkdaşları tərəfindən saxlanılıb.