Nailə Mirməmmədli vəfat etdi

  Nailə Mirməmmədli vəfat etdi
Bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Respekt.az xəbər verir ki, bu barədə kult.az-a mərhumun qohumları məlumat verib.

Nailə Mirməmmədli 23 may 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb.

1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) bəstəkarlıq ixtisaslarına yiyələnib.

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışırdı.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. İki oğlu, bir qızı var.

Allah rəhmət eləsin!