Paşinyan yenə xalqdan gizləndi

Paşinyan yenə xalqdan gizləndi
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Milad bayramı münasibəti ilə erməni xalqını Feysbuk üzərindən təbrik edib. O İrəvanda bütün ermənilərin katalikosu İkinci Qareginin Müqəddəs Qriqori kilsəsində düzənlədiyi dini ayinə qatılmayıb. Mərasimdə hökuməti baş prokuroru Artur Davtyan təmsil edib.

Paşinyanın mərasimə qatılmaması ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan Paşinyanınin koronavirusa yoluxduğu və özünü təcrid etdiyini bildirib.

"Ermənistanın sərhədləri ilə bağlı situasiya utancvericidir". Bunu isə erməni separatçılarının başçısının sabiq məsləhətçisi Tiqran Abramyan bildirib.



"Birincisi, hakimiyyət nümayəndələri sərhəd məsələsi ilə bağlı yanlış məlumatlar verir. Onların bir qismi demarkasiya, bir qismi isə hansısa sərhəd dəyişiklikləri barədə danışırlar. Əsl həqiqəqtdə isə bu gün sərhəd məsələsi Azərbaycanın tələb etdiyi kimi həll olunur. Ermənistan hakimiyyəti yalnız Azərbaycanın tələblərini yerinə yetirir" - deyə Abraamyan bildirib

Abraamyan onu da bildirib ki, baş nazirin əvəz edilməsi belə qısa müddətdə hansısa dəyişikliklərə gətirib çıxara bilməz.

"Çünki elə itkilərimiz var ki, onların bərpası olduqca mürəkkəb prosesdir" - deyə Abraamyan vurğulayıb.

O, Paşinyanın hələlik yerinə yetirmədiyi öhdəliklərinin olduğunu da bildirib. Abraamyan məhz həmin öhdəliklər müqabilində Paşinyana təhlükəsizlik qarantiyası verildiyini bildirib.