Paşinyanın faşist mahiyyəti - Baş nazir linç olunacaq

Paşinyanın faşist mahiyyəti -  Baş nazir linç olunacaq
Ermənistanın cəbhədə məğlubiyyətləri artdıqca, Paşinyan hakimiyyəti daha da aqressivləşir. Artıq iki həftədir ki, Azərbaycanın müharibə bölgəsindən kənarda yerləşən şəhərləri raket və artilleriya atəşinə tutulur. Gəncəyə ballistik raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 40-a yaxın şəhər sakini yaralandı. Bu gün Tərtərdə dəfn mərasiminin keçirildiyi yerə mərmi düşməsi nəticəsində isə 3 nəfər həlak oldu, dha 3 nəfər isə yaralandı.Bu günə qədər Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər isə yaralanıb. Həlak olanların arasında xeyli qadın və uşaq da var.

Ermənistanın mülki əhalini hədəfə alması bir tərəfdən düşmənin döyüş meydanında məğlub olması ilə bağlıdırsa, digər tərəfdən Paşinyan hakimiyyətinin faşist mahiyyətindən irəli gəlir. Bu da təsadüfi deyil. Paşinyan faşıst babasının yolu ilə gedir.

Yəqin ki, Ermənistan Baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən müharibəsi zamanı nasistlərlə əməkdaşlığı barədə qalmaqal hər kəsin yadındadır. Hadisə may ayında - Qələbə Günü ərəfəsində Paşinyanın Facebook-da babasının Qırmızı Ordunun tərkibində döyüşərək öldüyü haqqında bir qeyd yazması ilə başladı. Bu qeyddən sonra Ermənistanda onun babasının faşistlər tərəfində döyüşdüyü barədə iddialar gündəmə gəldi. Bu məsələ Azərbaycan mediasında da işıqlandırıldı. Ermənistan rəhbərliyi bunun Azərbaycan tərəfindən ortaya atılan əsassız iddia oldu\unu bildirsə də, bu məlumatları yoxlamaq çətin olmadı. Tezliklə bəlli oldu ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə yaradılan "Memorial" internet portalının bazasında Qırmızı Ordunun həlak olan əsgərlərindən təxminən 20 milyon şəxsin məlumatları saxlanılır. "Memorial"ın məlumatına görə, Nikolay Paşinyan adlı şəxs nasistlərin tərəfində vuruşub, “düşmənlə əməkdaşlıq edib, həlak olub. Ölüm tarixi - 09/29/1943 ".

Bu məlumat erməni KİV və xarici mediada geniş işıqlandırıldı, Ermənistan hakimiyyəti isə susdu. Daha sonra Ermənistan Müdafiə Nazirliyi guya bu ölkədən iki Paşinyanın Böyük Vətən müharibəsinə getdiyi iddia edilən şübhəli bir təkzib yaydı. Bildirilirdi ki, onlardan biri Qırmızı Orduda döyüşüb, digəri nasistlərlə əməkdaşlıq edib. Lakin İcevan rayon hərbi komissarlığının arxivindən Sovet Ordusunun itkin düşən əsgər və serjantlarının uçotu üzrə Moskva bölməsinin sorğusuna cavab olaraq arayış götürüldü. Arayışda açıq-aydın göstərilirdi ki, Yenokovanda cəmi bir Nikolay Vartanoviç Paşinyan yaşayıb. Buradan da belə çıxır ki, Ermənistanın “meydançı” baş nazirinin babası müharibə vaxtı könüllü olaraq Qaregin Njdenin SS legionunda nasistlərə xidmət edib.

Ermənistan hakimiyyət orqanlarının bu faktları yöndəmsiz şəkildə, xüsusən də bu ölkə rəsmilərinin digər hərəkətləri ilə əlaqəli şəkildə təkzib etmək cəhdləri ehtirasları daha da qızışdırdı.

Rusiya tərəfinin bu mübahisəyə qoşulması və Paşinyanı ifşa etməsi də səbəbsiz deyildi. Məsələ burasındadır ki, "Elk" fraksiya tərəfindən namizədliyi irəli sürülən Nikol Paşinyan iki ildən bir az çox əvvəl - 2018-ci ilin mayında Ermənistanın Baş naziri seçildi və bu andan etibarən Ermənistanda qonşu ölkələrlə, o cümlədən Moskva ilə İrəvan arasında fikir ayrılıqları yaratmaqla məşğul olan qeyri-hökumət təşkilatlarının sayı artdı. Onlar Qafqaz mentalitetinə zidd Qərb düşüncəsini və qeyri-ənənəvi dəyərləri təbliğ etməyə başladılar. Bunun də səbəbi bəlli idi. Çünki bu hərəkatlar Soros Fondu və ABŞ-ın Demokratlar Partiyası tərəfindən maliyyələşdirilir. Hökümət də bu prosesdən kənarda qalmadı. Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyan rus telekanallarını sistemli şəkildə yerli yayım şəbəkəsindən kənarlaşdırdı. İdarə aparatının içərisində Paşinyan hakimiyyətə gələndəndən sonra hakimiyyət daxilində "əcinnə ovu" başladı. Rusiya universitetlərindən məzun olan hər kəs əsassız olaraq Kremlə casusluq etməkdə günahlandırıldı.Eyni zamada respublikada korrupsiya çiçəkləndi və qərbyönlülər "inqilabçı" hökumətin əli ilə respublikanı getdikcə daha çox ələ aldılar.

Əlbəttə ki, Rusiya bu prosesə biganə qala bilməzdi. Qarabağda hərbi əməliyyatlar başlayarkən, Rusiyanın bir müddət neytrallığını qoruyub-saxlaması da İrəvan və Moskva arasında bu məsələlərdən irəli gələn ziddiyyətlərdən qaynaqlanırdı. Hansı ki, bu ziddiyyətlər bu gün də aradan qalxmayıb.

Paşinyan məhz faşist mahiyyətinə görə Azərbaycanla münasibətləri daha da gərginləşdirdi, əvvəlcə Azərbaycan sərhədlərinə hücum etdi, iyul döyüşləri zamanı məqsədinə çatmadıqda isə sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlara başladı. İki həftə ərzində Ermənistan ordusu ciddi məğlubiyyətlə üzləşdikdən sonra isə Paşinyan Rusiya rəhbərliyinə Azərbaycanı dayandırmaq üçün yalvarmağa başladı. Amma hətta humanitar atəşkəs barədə razılaşmadan sonra da o, faşist mövqeyindən əl çəkmir, müharibəni sona qədər davam etdirəcəyini deyir. Bu isə onun üçün çox acınacaqlı perspektiv vəd edir. Çünki Azərbaycan ordusu hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir, hər gün düşmən ordusunun yüzlərlə canlı qüvvəsi məhv edilir. Bu məğlubiyyətlər seriyası gec-tez erməni xalqını ayıldacaq və onlar özləri Paşinyanı linç edəcəklər!