Peskovun türkcəsi, Abutalıbın rus sevgisi... - Video

 Peskovun türkcəsi, Abutalıbın rus sevgisi... -  Video
Ötən gün rastlaşdığım bir müsahibə, məni əməlli başlı təəccübləndirdi. Ona görə yox ki, Putinin mətbuat katibi tər-təmiz anadolu türkcəsində danışırdı. Ona görə ki, bu müsahibədə Peskov Abutalıb Səmədovdan daha çox Türkçü idi. Və cənab Səmədovdan fərqli olaraq Türkiyə hərbçilərinin Qarabağa gəlişinin məntiqini çox yaxşı anlayırdı.

Məncə, Peskovun bu açıqlaması ilə bağlı, geniş müzakirə açmağa ehtiyac yoxdur. Adam, açıq tekslə, konkret fikrini ifadə edib. Bu açıqlama göstərdi ki, bundan sonra Qarabağda vəziyyət rusca deyil, məhz Türkcə olacaq... Türkün dili ilə danışmaq lazım gələcək. Və bu lazım, artıq Azərbaycandadır. Ancaq, Azərbaycanda fəaliyyət göstərən bir siyasi partiya sədrinin, indi görəcəyiniz mövqeyi, sadəcə təəccübləndirmir, həm də güldürür:

Lafın gəlişi, yadıma bir əhvalat düşdü: Dostumun bir dostu var. Təzə bir işin başına keçibmiş. Xahiş edib ki, yaxın ətrafda peşəkar və etibarlı bir sürücü varsa, ona desinlər. Xülasə, dostlardan biri ona öz qohumunu təklif edib. Və elə həmin gündən də, dostumuzun qara günləri başlayıb. Çox danışmağı bir yana, sürücünün müdirinə unikal bir müraciət forması var imiş? Məsələn, deyirmiş ki, Fuad müəllim, nətərsən, qaqa? Günlərin bir günü, şəhərdə gedirlərmiş. O zaman, Hacıbala Abutalıbovun yolları sökən vaxtları idi. Sürücü qayıdıb ki, Fuad müəllim, bu yolları kim tikir, qaqa? O da acıqlı və əsəbi halda deyib ki, əşşii, nəbilim e, Hacı Bala Abu Talıbov. Qayıdıb ki, deyirəm dənə, qaqa, bu tək adamın işi deyil... İndi, o sürücünün sözü olmasın, arada mənə elə gəlir ki, bu cür düşünmək, təkcə Abutalıb Səmədovun işi deyil. Ölkənin ən ali şəxsindən tutmuş, sadə vətəndaşına qədər, hər bir kəs, Rusiyanın o qədər də səmimi olmadığından danışır. Amma nədənsə, cənab Səmədova elə gəlir ki, rus hərbçiləri olmasaydı, biz indiki nöqtəyə gəlib çata bilməzdik:

Rusiya sülhməramlıları üzərinə götürdüyü öhdəliyi yerinə yetirsəydi, Dövlət Təhlükəsizlik xidməti, anti-terror əməliyyatına gedərdimi? Ermənistan rəsmilərinin Xankəndinə gəlişinin qarşısı alınsaydı, rəsmi Bakı bəyanatı bəyanat dalıyca verərdimi? Təbii ki, yox. Amma nədənsə, cənab Səmədova elə gəlir ki, rus sülhməramlısı bitərəfdi: Partiya sədri, fikrində qətidir- Nuh deyir, peyğəmbər demir:

Ola bilsin ki, Cənabu Abutalıb Səmədov mən deyənlərə inanmayacaq və bu baxımdan ərz elədiklərim ünvanına çatmayacaq. Ona görə də, məsələyə Fövqəladə müdaxiləni tərciyə edərək, səlahiyyətli səfir səviyyəsində yanaşmaya üstünlük v erirəm.
Erkan Özoral- Türkiyənin Azərbaycandakı səfiri

İndiki situasiyada “Türkiyə necə neytral ola bilər?”- deyə bir sual ünvanlamaq, erməninin dəyirmanına ideya tökməkdən, əlavə əsas verməkdən başqa nə ola bilər ki, cənabu Səmədov bunu dərk eləmir. Təklif edirəm ki, bu tip şəxslərə danışmaq üçün yox, susmaq üçün para vermək lazımdır ki, sonrakı xərclərimiz azalsın...Nə isə...