"Porcshe" Rusiya bazarından 445 avtomobilini geri çağırdı

Almaniyanın lüks avtomobil istehsalçısı - "Porsche" şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib.
Söhbət "Cayenne Turbo" və "Cayenne Turbo S E-Hybrid" modellərindən gedir.
Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək. /Report/