Putin bunkerdə yaşayır? - Peskov hər şeyi açıqladı

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov pandemiya dövründə Vladimir Putinin bunkerdə yaşadığı barədə məlumatları təkzib edib.
Respekt.az İnterfaks-a istinadla bildirir ki, Peskov Putinin Novo-Oqaryevodakı rezidensiyasında yaşadığını bildirib.
"Xeyr, Putin Novo-Oqaryevoda yaşayır. O, pandemiyaya qədər də orada yaşayırdı", - Peskov bildirib.
Onun sözlərinə görə, Putin çox vaxt elə orada da işləyr, Kremlə gəlir, tez-tez olmasa da, oradan ezamiyyətə uçur", - Peskov deyib.
Peskov həmçinin bildirib ki, Putin tələb olunduğu qədər COVID-19 testi verir.
"Novo-Oqaryevoda həkimlər, epidemioloqlar və digər mütəxəssislər var və onlar tibbi nöqteyi-nəzərdən dövlət başçısı üçün tədbirlər planı hazırlayırlar", - Peskov əlavə edib.
Qeyd edək ki, bu gün səhər olan məlumata görə, sutka ərzində Rusiyada 28 080, Moskvada isə 6 425 yeni yoluxma faktı qeydə alınıb.