Putin İrəvana həkimlər göndərdi: Paşinyanı testdən keçirmək üçün...

Putin İrəvana həkimlər göndərdi:  Paşinyanı testdən keçirmək üçün...
Dünən axşam Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Respekt.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb. Paşinyan və Makronun Dağlıq Qarabağda humanitar vəziyyəti müzakirə etdikləri bildirilir.



Rusiyada isə İrəvana xüsusi təyyarə ilə həkimlər qrupu göndərilib. Onlar Moskvaya səfər edəcək yüksək rütbəli erməni məmurları koronovirus testindən keçirəcəklər.

Bu barədə WarGonzo Rusiya güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. Xəbərə görə, Moskvadakı məsləhətləşmələr çox yüksək səviyyədə keçiriləcək. Buna görə də erməni məmurların koronovirusa yoluxub-yoluxmadığı ciddi yoxlanılacaq. Bu prosedur Ruiya xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirildiyi bildirilir.



Qeyd edək ki, dünən Ermənistan baş nazirinin pandemiya ilə əlaqədar özünü təcrid etdiyi barədə xəbər yayılıb.

Rusiyalı həkimlərin İrəvana gəldiyini rusiyali media meneceri Aram Qabrelyanov da təsdiq edib. O, İrəvana həkimlərdən ibarət iki qrupun gəldiyini bildirib. Həmin qruplardan birinin baş nazir Nikol Paşinyanın rezidensiyasında olduğu deyilir. Artıq Paşinyandan qan nümunəsi götürüldüyü bildirilir.


Həkimlərdən ibarət ikinci qrup isə Paşinyanı müşayət edən 6 dövlət mumuru və baş nazirin təyyarəsinin pilotlarını testdən keçirəcəklər.