Qafqazda qlobal oyun başa çatdı

 Qafqazda qlobal oyun başa çatdı
“Qlobal Media” (Global Media) jurnalının sonuncu sayında Milli Məclisin deputatı, Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin məqaləsi dərc olunub.

Respekt.az xəbər verir ki, millət vəkilinin “Cənubi Qafqazda qlobal oyun başa çatdı” (“The global political game in the South Caucasusis over”) adlı yazısında Qarabağ münaqişəsinin səbəblərindən və başlanması tarixindən, eləcə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən bəhs edilir.

Məqalədə son 200 ildə erməni millətçiliyinin Cənubi Qafqazda yaratdığı qeyri-sabitlik, erməni terrorçuları tərəfindən törədilmiş çoxsaylı kütləvi qətliamlar, etnik təmizləmə haqqında, eləcə də Qarabağ münaqişəsinin mahiyyəti barədə ətraflı məlumat verilir.

Dünyanın 35 ölkəsində yayımlanan “Qlobal Media” jurnalı – Beynəlxalq Jurnalistlər Şurasının (Global Journalism Council) orqanıdır. Mərkəzi ofisi Ankarada yerləşən təşkilatın Amerika, İngiltərə, Almaniya, Kanada, Fransa, Rusiya da daxil olmaqla, 40 ölkədə nümayəndəliyi var. Jurnal ingilis və türk dillərində çap olunmaqla dünyanın bütün dipolomatik korpuslarında yayılır.