“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu

“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Respekt.az xəbər verir ki, turun açılış matçında “Sumqayıt” doğma meydanda “Qarabağ”ı qəbul edib. Ötən tur “Neftçi”yə məğlub olan Ağdam klubu bu turda qələbə qazanaraq, xal ehtiyatını artırmağı hədəfləmişdi. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Turun digər oyunları sentyabrın 26-27-də keçiriləcək.

Azərbaycan Premyer Liqası, 4-cü tur

25 sentyabr

Sumqayıt – Qarabağ 2:2
Qol: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 – K.Ovusu, 59. F.Ozobiç, 90+5.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.