Rus məktəbləri bizə nə verir? - Hikmət Hacızadə yazır

 Rus məktəbləri bizə nə verir? -  Hikmət Hacızadə yazır
Yenə rus məktəblərini bağlamaq şüarları səsləndi. Yenə primitiv millətçilik.

Bu məsələnin həlli üçün 2 suala cavab verməli:

1.Kimsə bizə dəqiq sübut etsin ki, rus məktəbini bitirənlər vətənimizı daha az sevir, vətənpərvər ola bilmir. (Məsələn, "Bandotdel"də işçilərin hamısı azsektoru qurtarıb və hər gün yüksük vətənpərvərlik nümunəsi göstərir).

2. Bir də sübut edin ki, rus sektorunu bağlayandan sonra azsektorun məzunları başlayacaq dünyanın işilərilə maraqlanmağa və kitab oxumağa (Hazırda Azərbaycan dilində çap olunan kitablar ən çoxu 300 nüsxə satilır! Fikir verin, 9 milyon əhali və cəmi 300 kitab). Bu rəqəmlər onu göstərir ki, rus sektorunu bağlasaq ölkəmiz dünyadan bixəbər qalacaq.

***

Qisa olaraq bunu deyə bilərəm: Vətəni sevmək, onun yolunda fəda olmaq üçün adam başını bozbaş boşqabindan qaldırıb ictimai həyətda fəal olmalıdir, onun geniş dünyagörüşü olmalıdir!!! Dünya görüşü də rus sektoru bitirənlər arasında daha genişdir!

***

Deyirlər, niyə Azərbaycan vergiverənləri hesabına rus məktəblərini saxlayırıq? Unudurlar ki, rus sektoruna öz uşaqlarını verən valedeinlər də vergi verir...

***
Mənim də oğlum azsektorda oxuyub, sonra Amerikaya gedib, sonra türmədə yatib. Amma bir böyük məsələ də var ki, rus məktəbi bütün dünyaya balaca "fortoçka"dlr və bu, istər-istəməz görünür. Bunu araşdırmaq lazımdır. Dil bilməknən deyil. Beatles bilmək, müasir kinolardan, yeni kitablardan xəbərdar olmaq, yeni bizneslərdən xəbər almaq, yeni incəsənətdən və stillərdən xəbərdar olmaq, insan münasibətlərində postmodern davranışdan xəbərdar olmaq. Budur rus məktəbinin "fotoçka"sından gələn məlumat. Bu "fortoçka"nı bağlasağ olacağıq Biləcəri stansiyası.

***

Bir də ki rus məktəbini bağlamaqla Azərbaycan sektoru avtomatik dirçələcək?

***

Bir böyük məsələ də var - rus və ya ingilis dilini bilmək bir şeydir, amma rus və ya ingilis məktəbində oxumaq, oradakılarla ünsiyyətdə olmaq tamam başqa şeydir. Rus məktəbi insana bunları verə bilir: Qadına müasir, bərabərlik üstündə qurulmuş davranış, humanizmin müasir səviyyəsi (18 əsr səviyyəsi yox), dünyaya müasir baxış, ünsiyyətcillik və mənasız utancaqlıqdan qurtarır, böyük-kiçik münasibətlərinin (avtoritarizmin) yumuşaldılmasi və s. Böyük həyat bilikləri, hansıları ki kitabdan da tapib tez oxuya bilməzsiniz. Bizim mədəniyyətimiz "Şərəf" mədəniyyətidir (культура чести), rus məktəbundə isə Avropadan balaca bir nəfəslikdən sızmış "Vicdan mədəniyyətidir" (культура совести). Belədir: rus dili bilmək və rus məktəbində oxumaq başqa şeylərdi!!! Bu barədə də düşünək.