Şabranda şok olay: bacısını kanala atıb öldürdü

Şabranda şok olay:  bacısını kanala atıb öldürdü
Şabran rayonunda bacısını öldürən şəxsin işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu barədə Respekt.az-a Şabran rayon prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə 31 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şabran rayonu ərazisində baş verib.

Rayon sakini, Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.