"Talışlar bu müharibədə də qəhrəmanlıq göstərir" - Sabir Rüstəmxanlı

 "Talışlar bu müharibədə də qəhrəmanlıq göstərir" -  Sabir Rüstəmxanlı
Cənub gəsində yaşayan türkləri də, talışları da yaxşı tanıyıram və onların arasında heş vaxt ayrı-seçkilik görməməşəm. Bəlli sifarişləri yetinə yetirən və süni ayrı-seçkilik salmaq istəyənlər gəlib-gediblər, lakin ümumu birlik, mehribanlıq, Vətənin taleyi üçün məsuliyyət hissi heç vaxt dəyişilməyib.

Hamı bir-biri olə qohum-qardaşdır.

Ötən illər də göstərdi ki, talışlar yurduna, vətəninə bağlı olan, zəhmətkeş, sadə, Azərbaycan türkləri ilə, yəni bizlərlə problemi olmayan xalqdır. Əvvəlki savaşlarda olduğu kimi, bu müharibədə də talışlar qəhrəmanlıq göstərir və ən çox şəhid verən bölgələrdən biri elə Talış zonasıdır. Belə olan halda ermənilərin “talış kartı”nın bir mənası qalmır.
Ermənilər zaman-zaman Azərbaycandakı digər azsaylı xalqlar arasından “zəif bənd” tapmağa, bizə ziyan vurmağa çalışıblar:

Amma bu düşmən siyasətinin heç bir nəticəsi olmamışdır və bu xalqlar Azərbaycanda ayrı-seçkilik görmədən və ayrı-seçkilik salmadan yaşayırlar. Onların elmi-mədəni, siyasi yüksəlişinə heç bir maneə yoxdur.

Talışlar Azərbaycanın dövlər maragını hər şeydən yüksək tutan, həyatımızın bütün sahələrində yorulmadan, halallıqla və torpağa bağlılıqla çalışan, müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır. Ona görə araya nifaq salmaq cəhdlərinin heç bir mənası yoxdur...

Biz hamımız bir yerdə azərbaycanlıyıq. Yaşasın Azərbaycan!