Tərtərdə dəfn zamanı mərmi atıldı: 3 mülki şəxs öldü, 3-ü yaralı - Foto

 Tərtərdə dəfn zamanı mərmi atıldı:  3 mülki şəxs öldü, 3-ü yaralı - Foto
Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Respekt.az "Report"a istinadla xəbər verir ki, humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Oktyabrın 15-i düşmən növbəti dəfə dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsilə rayona top mərmisi atıb.

Ermənilər Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığa dəfn mərasimi zamanı top mərmisi atıb. Nəticədə ilkin məlumatlara görə 3 mülki şəxs ölüb, 3 nəfər yaralanıb. Həmin şəxslərin adları dəqiqləşdirilir.

Azərbaycan Ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.