Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi
“Champions Chess Tour” çərçivəsində təşkil edilən onlayn “Airthings Masters” turnirində final mərhələsinin ilk oyunu keçirilib.

Respekt.az xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz erməni rəqibi üzərində 2,5, 1,5 hesabı ilə qələbə qazanıb.

Sabah Rəcəbovla Aronyan arasında ikinci matç keçiriləcək.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.